...

Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir (FOTO/VİDEO)

Gündəm Materials 26 Dekabr 2020 20:09 (UTC +04:00)
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq sərt hava şəraiti və müxtəlif relyefli ərazilərdə hərbi qulluqçuların döyüş hazırlığı üzrə praktiki dərsləri keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri praktiki məşqlərə cəlb olunan şəxsi heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.

Hərbi qulluqçular şərti düşmən hədəflərinə atıcı silahlardan atəş açır və digər praktiki tapşırıqları icra edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti