Bakı. Samir Əli - Trend:
Erməni əsirliyindən qaytarılan Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimov da müalicə olunaraq ev buraxılıb.
Bu barədə Trend-ə A.Musayevin ailə üzvləri məlumat verib. Bildiriblər ki, artıq Amin Musayev evə buraxılıb: "Amin özü zəng eləmişdi evə. Dedi ki, hər ikimizi buraxıblar. Ailə üzvlərimiz getdilər qarşılamağa, vəziyyəti normaldır".