...

Moskvada koronavirusdan ölənlərin sayı 11 209 nəfərə çatıb

Gündəm Materials 31 Dekabr 2020 05:39 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 73 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 73 xəstə dünyasını dəyişib".

Ümumilikdə şəhərdə son sutkada 5 105 olmaqla 803 203 koronavirusa yoluxma hadisəsi aşkar edilib, ölənlərin sayı 11 209 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti