Bakı. Trend:
Mütəxəssislər ABŞ-da yeni koronavirusa 20 427 780 yoluxma faktı qeydə aldı, ölənlərin sayı 350 186-a çatıb.
Trend-in məlumatına görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatlarına əsasən hesablamalar aparan Con Hopkins Universtiteti bildirib.
Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzləri həftənin bazar gününə qədər ABŞ-da müvafiq tibb müəssisələrinə 13 milyon 71 min 925 doz peyvəndin göndərildiyini, iki vurulmalı olan dozadan ilkinin 4 milyon 225 min 756 sakinə tətbiq edildiyini bildirib.
Məlumatlara görə, aşılar əvvəllər tənzimləyici tərəfindən istifadə üçün təsdiqlənmiş "Moderna" və "Pfizer/BioNTech" peyvəndləri ilə həyata keçirilib.