...

Ötən il 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib

Gündəm Materials 7 Yanvar 2021 13:32 (UTC +04:00)
Ötən il 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən məbləğ 240 manata çatıb:

"Bütün sosial ödənişlərin həyata keçirilməsində avtomatlaşdırma, elektronlaşdırma tədbirləri görülür, vətəndaş-məmur təması minimuma endirilir və bunun nəticəsində 2020-ci ildə artıq həm müavinət və təqaüd, həm də pensiyalar üzrə 95 min təyinat məhz elektron portal üzərindən hər hansı bir təmas olmadan həyata keçirilib. Eyni zamanda, əsassız pensiya işlərinin, əsassız və saxta əlillik işlərinin və digər ödənişlərin araşdırılması nəticəsində il ərzində 125 milyon manat qənaət əldə edilib. Digər tərəfdən, yığımların artması nəticəsində il ərzində 160 milyon manatlıq qənaət əldə olunub və ümumi məbləğin 250 milyon manatı dövlət büdcəsinə ödənmiş, 35 milyon manatı isə Pensiya Fondunun 2021-ci il üçün ehtiyatına yönəldilib".

Nazir qeyd ediib ki, ümumilikdə son iki il ərzində əhaliyə ödənişlərin 1 milyard manat artmasına baxmayaraq, dövlət büdcəsindən transfertin məbləği azalmış və ümumilikdə 570 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti