...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 790 mindən çox artıb

Gündəm Materials 11 Yanvar 2021 00:57 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 790 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 790 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 790 456 nəfər yeni koronavirusa yoluxub, 12 454 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 88 383 771, ölənlərin isə 1 919 126 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti