Bakı. İlhamə İsabalayeva - Trend:
Artıq vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda 15698, bölgələrdə isə 32600 müəllimin yaşı 50-dən çoxdur: "Biz bu müəllimlərin vaksinasiyasını tövsiyə edirik".