...

Məktəbli geyimi ilə bağlı qərar valideynlərlə birgə verilməlidir - Emin Əmrullayev

Gündəm Materials 30 Yanvar 2021 17:39 (UTC +04:00)
Məktəbli geyimi ilə bağlı qərar valideynlərlə birgə verilməlidir - Emin Əmrullayev

Bakı. İlhamə İsabalayeva – Trend:

Vahid məktəbli formaları ilə bağlı nümunələr hazırlanaq ictimai müzakirəyə çıxarıldı, lakin hələ rəsmi olaraq, qəbul edilməyib. Ümid edirəm ki, yaxın gələcəkdə qəbul ediləcək.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, şagirdlər məktəbdə özlərinin sosial statuslarına görə çox fərqlənməməli və məktəbli forması bir alətə çevrilməməlidir: “Biz buna çalışmalıyıq. Məktəbli formasına sosial normalar baxımından da baxmalıyıq. Təsdiq edəcəyimiz forma nümunələrinin həm əlçatan olmasını, həm də qiymət baxımından adi geyimdən əsaslı şəkildə fərqlənməməsi formatının olmasını düşünmüşük. Mən bu məsələdə valideyn icmasının da qərar verən tərəf olduğunu düşünürəm. Geyimlərlə bağlı qərar valideynlərlə birgə verilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti