...

FHN koronavirusla bağlı modul xəstəxanası barədə yayılan şaiyələri təkzib etdi

Gündəm Materials 1 Fevral 2021 12:54 (UTC +04:00)
FHN koronavirusla bağlı modul xəstəxanası barədə yayılan şaiyələri təkzib etdi

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi qurumun Zığ qəsəbəsindəki modul tipli xəstəxanasında uşaqlar üçün xüsusi çarpayılar hazırlanması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır:

"Fövqəladə Hallar Nazirliyi olaraq bu məlumatları qəti şəkildə təkzib edir və kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti