...

Koronavirusun unikal xüsusiyyəti müəyyən edilib

Gündəm Materials 4 Fevral 2021 17:49 (UTC +04:00)
Koronavirusun unikal xüsusiyyəti müəyyən edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Koronavirus bütün xroniki patologiyaları kəskinləşdirir və orqanizmdə ciddi pozuntulara gətirib çıxarır.

Trend-in məlumatına görə, bunu rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok deyib.

O bildirib ki, COVID-19 infeksiyası yoluxmaya qədər orqanizmdə gizli qalan problemləri üzə çıxarır, tamamilə sağlam insanlar isə bu xəstəliyi simptomsuz keçirir: "Koronavirusun unikallığı ondadır ki, bu virus orqanizmimizin çoxlu sayda hüceyrəsinə zərər vurur".

Həkim bildirib ki, xəstəliyin daha bir təhlükəsi insult ehtimalıdır. Beyin damarlarının istənilən zədəsi COVID-ə yoluxma zamanı insulta gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti