...

Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən reaktiv artilleriya divizionu - Trend TV-nin REPORTAJI

Gündəm Materials 9 Fevral 2021 16:22 (UTC +04:00)
Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən reaktiv artilleriya divizionu - Trend TV-nin REPORTAJI

Bakı. Ceyhun Ələkbərov - Trend:

Reaktiv artilleriya divizionu 44 günlük Vətən müharibəsi dövründə Ağdam və Xocavənd rayonlarının işğaldan azad edilməsində yuxarı komandanlıq tərəfindən verilən döyüş tapşırıqlarını vaxtında yerinə yetirib.

Bunu Trend TV-yə açıqlamasında divizion komandiri Rövşən Ağayev deyib. Onun sözlərinə görə, döyüşlərin gedişatı zamanı reaktiv artilleriya divizionu düşmənin əks həmlələrini məhv edərək çox sayda canlı qüvvəsini, atəş vasitələrini, döyüş texnikasını, avtomobil kalonlarını, idarəetmə məntəqələrini və artilleriya batareyalarını məhv edib:

"44 günlük Vətən müharibəsi əməliyyatlarının uğurla yerinə yetirilməsi, qazandığımız qələbənin nailiyyətidir. Vətən müharibəsindən sonra döyüş hazırlıq planına uyğun olaraq divizionun şəxsi heyətinin praktiki bilik və vərdişlərinin artırılması üçün daimi məşğələlər təşkil olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti