...

4 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub

Gündəm Materials 10 Fevral 2021 15:14 (UTC +04:00)
4 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

“Yeyinti məhsulları haqqında” qanununa əsasən 9 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 59 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, həmin tarixdə 4 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

"FİTO LAB" MMC

İstehsal

Sahibkar fəaliyyət göstərmir.

2

Mehtiyeva Təzəgül Yusub qızı

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

3

Abbasov Elgün Valeh oğlu

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

4

Abbasov Elgün Valeh oğlu

Pərakəndə satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti