...

Ermənistanda əsgər valideynləri mərkəzi prospekti bağlayıb

Gündəm Materials 11 Fevral 2021 18:55 (UTC +04:00)
Ermənistanda əsgər valideynləri mərkəzi prospekti bağlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin yaxınları etiraz aksiyalarını davam etdirib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar Yerevanda hökumət binasının yaxınlığında mərkəzi prospekti bağlayıb.

Onlar Ermənistan hökumətini itkin düşənlərin tapılması və qaytarılması üçün heç bir addım atmamaqda ittiham edib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, ötən gün əsgər yaxınları Rusiya səfirliyi qarşısında aksiya keçirərək Rusiyadan kömək istəmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti