...

Gəncədə 50 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparılır (FOTO)

Gündəm Materials 18 Fevral 2021 11:34 (UTC +04:00)
Gəncədə 50 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prosesi davam edir.

Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ilkin olaraq tibbi işçiləri peyvənd olunublar.

Hazırda isə 50 yaş və daha yuxarı şəxslərin COVID-19-a qarşı vaksinasiyası aparılır. Sakinlər gün ərzində yaşadıqları əraziyə yaxın olan tibb məntəqəsinə gələrək, peyvənd olunurlar. Vaksinasiya prosesi könüllü və növbəlilik əsasında həyata keçirilir.

Vaksinasiya olunan tibb işçiləri, həmçinin yaşı 50 və daha yuxarı olan şəxslərdə heç bir mənfi əlamət və ya yan təsir hiss olunmayıb.

Xatırladaq ki, COVID-19-a qarşı vaksinasiya ilə əlaqədar olaraq Gəncədə 6 tibb məntəqəsi yaradılıb. 2, 5 və 6 saylı şəhər poliklinikalarında, habelə Gəncə Beynəlxalq Xəstəxanası, Yeni Gəncə Tibb Mərkəzi və Gəncə Mərkəzi Klinik Xəstəxanasında yerləşən tibb məntəqələrində xüsusi otaqlar hazırlanıb. Bu otaqlarda gün ərzində 100 nəfərin peyvənd edilməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti