...

Azərbaycanda taksidən istifadə edənlərin sayı xeyli artıb

Gündəm Materials 18 Fevral 2021 16:50 (UTC +04:00)
Azərbaycanda taksidən istifadə edənlərin sayı xeyli artıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar ayı ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 12,0 faiz və 53,8 faiz azalıb.

Trend-in məlumatına görə, 2021-ci ilin yanvar ayında nəqliyyatçılar 68,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 8,0 milyon ton yük, 68,5 milyon sərnişin daşınıb və əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 22,8 faiz və 46,6 faiz azalma qeydə alınıb.

Sərnişinlərin 92,1 faizi avtobus, 7,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 23,4 faiz, sərnişin dövriyyəsi isə 45,6 faiz azalıb.

Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı artıb. Belə ki, ötən ilin yanvar ayında sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti