...

Samuxda karantini pozan çayxananın sahibi və müştəriləri cərimələnib

Gündəm Materials 22 Fevral 2021 10:58 (UTC +04:00)
Samuxda karantini pozan çayxananın sahibi və müştəriləri cərimələnib

Bakı. Samir Əli - Trend:

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb.

Obyekt sahibi-Xaliq Kərimov və müştərilər- Elşən Əliyev, Mehman Əhmədov və Bəylər Yusibov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti