...

Qəzalı ağac adından sui-istifadə edərək kəsmək istəyənlər var - ETSN

Gündəm Materials 23 Fevral 2021 17:29 (UTC +04:00)
Qəzalı ağac adından sui-istifadə edərək kəsmək istəyənlər var - ETSN

Bakı. İlhamə İsabalayeva - Trend:

Etiraf edək ki, qəzalı ağac adından sui-istifadə edənlər var. Halbuki, qanunvericilikdən irəli gələn məsələlər hamımız üçün prioritet olmalıdır.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, qəzalı ağaclarla bağlı müraciət edildikdə ona dərhal cavab verilir:

"Qəzalı ağacların harada budanmasına ehtiyac varsa, budanır, harada ehtiyac varsa, oradan götürülr. Qəzalı ağacın da götürülməsi proseduru var. Budanma xidmətinin bizə heç bir aidiyyəti yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti