...

Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)

Gündəm Materials 26 Fevral 2021 15:18 (UTC +04:00)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, abidə önünə gül dəstələri qoyulub və faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti