...

Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb

Gündəm Materials 3 Mart 2021 06:16 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində koronavirusa (COVİD-19) 59 925 nəfər yoluxub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 646 926 nəfərə çatıb.

Ötən sutka ərzində ölkədə koronavirusdan 1 641 nəfər dünyasını dəyişib ki, bu da cari ilin koronavirusdan maksimum ölüm hadisəsidir. Xəstəlikdən ölənlərin ümumi sayı isə 257 361-ə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti