...

Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb

Gündəm Materials 6 Mart 2021 15:00 (UTC +04:00)
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda parlament binası və prezident administrasiyasına doğru yürüş başlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bir müddət Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirmiş keçmiş hərbçilər də yürüşə qoşulub.

Günorta saatlarında Yerevanın mərkəzində baş nazir Nikol Paşinyanın istefası tələbi ilə genişmiqyaslı mitinq elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti