...

ATU-da koronavirusa kütləvi yoluxma halının olması barədə məlumatlara münasibət bildirildi

Gündəm Materials 15 Mart 2021 22:44 (UTC +04:00)
ATU-da koronavirusa kütləvi yoluxma halının olması barədə məlumatlara münasibət bildirildi

Bakı.İlhamə İsabalayeva -Trend:

Azərbaycan Tibb Universiteti tələbələri arasında koronavirusa kütləvi yoluxma halının olması barədə yayılan məlumatlara münasibət bildirib.

Universitetdən Trend-ə verilən məlumata görə, tələbələr arasında kütləvi yoluxma yoxdur. İndiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVİD-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib:"Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.

ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti