...

Yaxın iki gündə hava qeyri-sabit keçəcək - Xəbərdarlıq

Gündəm Materials 26 Aprel 2021 13:36 (UTC +04:00)

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti növbəti iki gün ərzində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 27-si gün ərzində şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti