...

Bakının 3 rayonunda liftlər yenilənir

Gündəm Materials 27 Aprel 2021 11:52 (UTC +04:00)
Bakının 3 rayonunda liftlər yenilənir

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının Nizami, Binəqədi və Xətai rayonlarında istismarı başa çatmış liftlərin yenisi ilə əvəzlənməsi prosesinə start verilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərov bildirib.

Onun sözlərinə görə, yeni liftlər mərkəzi dispetçerdən idarə olunacaq:

“Bakı “Lifttəmir” İstehsalat Birliyinin tabeliyində 5 337 lift var. 2019-2020-ci illər ərzində həmin liftlərdən 580-i yenisi ilə əvəz olunub. Bakı “Lifttəmir” İstehsalat Birliyi ilə Wittur Holding GMBH şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd lift alınaraq Bakı şəhərinə gətirilib. Bu gündən köhnə liftlərin yenisi ilə əvəzlənməsinə başlanılıb. Hazırda bu xidmət Bakının Nizami, Binəqədi və Xətai rayonlarında həyata keçirilir”.

X.Ələkbərov əlavə edib ki, daha 2503 liftin yenilənməsi nəzərdə tutulub: “Onların da növbəti ildən yenilənməsi gözlənilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti