...

Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)

Gündəm Materials 10 May 2021 16:59 (UTC +04:00)
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən "Qarabağ" həftəsonu Azərbaycan məktəbində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Tədbir zamanı xalqımızın ümummilli liderinin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev ölkəmizdə vətəndaş müharibəsinin və dövlət müstəqilliyinin itirilməsinin qarşısını alıb, Azərbaycanın möhkəmləndirilməsi və inkişaf etməsi üçün misilsiz xidmətlər göstərib. Onun əziz xatirəsinin xalqımızın, eləcə də xaricdə yaşayan azərbaycanlılarının qəlbində əbədi yaşayacağı nəzərə çatdırılıb.

Tədbirdə ulu öndərin keçdiyi şərəfli həyat yolundan bəhs edən videoçarx nümayiş etdirilib, məktəb şagirdlərinin ifasında Azərbaycana və ümummilli liderə həsr edilmiş şeirlər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti