...

Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib

Gündəm Materials 13 May 2021 12:54 (UTC +04:00)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib

Bakı. Trend:

Müdafiə Nazirliyi istefada olan general-polkovnik Tofiq Ağahüseynovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, başsağlığında deyilir:

"Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
ALLAH rəhmət eləsin!
Müdafiə Nazirliyinin rəhbərliyi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti