...

Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb

Gündəm Materials 15 May 2021 00:31 (UTC +04:00)
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İordan çayının qərb sahilindəki qarşıdurmalar və İsrail ordusunun Qəzza zolağına endirdiyi avia və artileriya zərbələri nəticəsində 14 mayda ən az 26 fələstinli həlak olub və 600-dən çoxu yaralanıb.

Trend xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə nazirliyinin məlumatında deyilir.

Qurumun məlumatına əsasən Qəzza bölgəsində 16 nəfər bombardımanların qurbanı olub. Bölgədə olan silahlı qruplaşmalar İsrail istiqamətində cavab olaraq onlarla raket atıblar. Dörd ərəb Xevronda, İerixonda, Cenində və Ramallada, ikisi Salfitdə, daha dördü isə Nablusda öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti