Bakı. Trend:
ABŞ Dövlət departamenti “İslam məğribi ölkələrində Əl Qaidə” terror qruplaşmasının rəhbəri Əbu Ubeyda Yusuf əl-Anabinin harada olduğunun müəyyənləşdirilməsi ilə bağlı informasiyaya görə 7 milyon dollar mükafat təklif edib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Depatamentinin press-relizində bildirilib.
"Dövlət departamentinin proqramı “İslam Məğribi ölkələrindəki Əl-Qaidə” terror təşkilatının lideri Əbu Ubeyda Yusuf əl-Anabinin yerini və ya identifikasiyasını təyin edən məlumatlara görə 7 milyon dollar mükafat təklif edir", - məlumatda deyilir.
Müvafiq sənəddə qeyd olunur ki, 2020-ci ilin noyabrında qruplaşma Fransa Silahlı Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən əvvəlki başçı Əbdülmalik Drukdelin 2020-ci ilin iyun ayında zərərizləşdirilməsindən sonra əl-Anabini yeni lider elan edib.