...

Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə edilib (FOTO)

Gündəm Materials 10 İyun 2021 21:57 (UTC +04:00)

Bakı. Trend:

“Ukrinform” informasiya agentliyinin təşkilatçılığı ilə “Ukrayna-Azərbaycan:əməkdaşlıq perspektivləri” mövzusunda "dəyirmi masa" keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ukrayna və Azərbaycan arasında iqtisadi, siyasi, eləcə də informasiya mübadiləsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu "dəyirmi masa"da Komitənin şöbə müdiri Ruslan Quliyev və əməkdaşı Teymur Atayev iştirak edib. "Dəyirmi masa"da hər iki ölkə təmsilçiləri gələcəkdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni təkliflər səsləndiriblər.

Görüşdə birgə informasiya platformasının yaradılmasının hər iki ölkə üçün səmərəli olacağı vurğulanıb. "Dəyirmi masa" iştirakçılarını salamlayan Komitə rəsmisi 44 günlük Vətən müharibəsi dövründə rəsmi Kiyevin sərgilədiyi ədalətli mövqeyə görə dost xalqın nümayəndələrinə bir daha təşəkkür edib. O, qeyd edib ki, Azərbaycan tərəfi də öz növbəsində hər zaman Ukraynanı dəstəkləyir və Ukrayna ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirir.

Ukrayna Ali Radasının deputatları Maryan Zablotski, Lüdmila Marçrenko, Milli Məclisin deputatı Rüfət Quliyev, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov görüşdə iştirak edib və iki ölkə arasında əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti