...

Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq

Gündəm Materials 25 İyun 2021 12:39 (UTC +04:00)
Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutulub. Milli Məclis enerji resursları barədə yeni qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti