...

Aİ Əfqanıstana xarici hərbi qüvvələrin ölkədən çıxarılmasından sonra yardım etmək niyyətindədir

Gündəm Materials 13 İyul 2021 02:13 (UTC +04:00)
Aİ Əfqanıstana xarici hərbi qüvvələrin ölkədən çıxarılmasından sonra yardım etmək niyyətindədir

Bakı. Trend:

Avropa İttifaqı ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması başa çatdıqdan sonra ölkədəki vəziyyətin sabitləşdirilməsində ölkəyə yardım təklif etmək niyyətindədir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel qurum şurasının xarici işlər nazirləri səviyyəsində keçirilmiş iclasından sonra aş tutan mətbuat konfransında deyib.

"Nazirlər Talibanı siyasi proseslərə qoşulmağa, həmçinin beynəlxalq ictimaiyyəti də Əfqanıstana lazımi yardım göstərməyə çağırıblar", - Borrel bildirib.

Xatırladaq ki, ABŞ və NATO təxminən 20 il davam edən hərbi əməliyyatlardan sonra bu il mayın 29-da Əfqanıstandan qoşunlarını geri çəkməyə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti