...

Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib

Gündəm Materials 20 İyul 2021 14:14 (UTC +04:00)
Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Trend xəbər verir ki, Rusiya Prezidenti millətlərarası razılığın, mədəni rəngarəngliyin qorunub saxlanmasında İslam dəyərlərinin əhəmiyyətini qeyd edib. V.Putin vurğulayıb ki, kökünü əsrlərdən götürən Qurban bayramı insanları xeyirxahlığa, ədalətə, imana çağırır.

Prezident qeyd edib ki, bütün dünya dinlərinin təməlini təşkil edən bu yüksək humanist, mənəvi ideallar Rusiya cəmiyyətinin birləşməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti