...

Xaricdə aksiyalarda nümayiş etdirilən iriölçülü Azərbaycan bayrağı Cıdır düzündə (FOTO)

Gündəm Materials 28 İyul 2021 12:29 (UTC +04:00)
Xaricdə aksiyalarda nümayiş etdirilən iriölçülü Azərbaycan bayrağı Cıdır düzündə (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində səfərdə olan diaspor nümayəndələri əsrarəngiz Cıdır düzündə olublar.

Komitədən Trend-ə bildirilib ki, soydaşlarımız Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdırarkən Prezident, Ali Baş Komandan İlham Əliyevin söylədiyi "Əziz Şuşa, sən azadsan!" və Qarabağ Azərbaycandır!" şüarlarını təkrar-təkrar səsləndiriblər.

Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı nümayiş etdirilən iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran soydaşlarımız Azərbaycanın Dövlət Himnini ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti