...

Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam məsələsini müzakirə edir

Gündəm Materials 3 Avqust 2021 10:59 (UTC +04:00)
Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam məsələsini müzakirə edir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin Eldəniz Səlimovun toxunulmazlığına xitam vermək məsələsini müzakirə etmək üçün növbədənkənar iclası başlayıb.

Trend-in məlumatına görə, iclasda Baş prokuror Kamran Əliyevin Milli Məclisin sədri Sahibə Qafarovaya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün göndərdiyi təqdimata baxılacaq.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti