...

Lənkəranda da meşə yanğını başlayıb - Əraziyə helikopter cəlb edilib

Gündəm Materials 3 Avqust 2021 18:58 (UTC +04:00)
Lənkəranda da meşə yanğını başlayıb - Əraziyə helikopter cəlb edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Qeyd edək ki, Yardımlı rayonunun Honuba kəndi yaxınlığında da mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında davam edən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti