...

Bakıda tikinti sahəsində ağaclar məhv edilib

Gündəm Materials 5 Avqust 2021 14:22 (UTC +04:00)
Bakıda tikinti sahəsində ağaclar məhv edilib

Bakı. Çingiz Səfərli - Trend:

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Trend-in məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, aerokosmik görüntülər əsasında tikinti işləri aparılan ərazidə 2 ağacın götürülərək məhv edildiyi müəyyən olunub:

“Hazırda torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir”.

Nazirlik rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti