...

Vətən müharibəsində DSX-nin PUA-ları ilə 290 düşmən hədəfi məhv edilib

Gündəm Materials 18 Avqust 2021 13:07 (UTC +04:00)
Vətən müharibəsində DSX-nin PUA-ları ilə 290 düşmən hədəfi məhv edilib

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən "Toçka-U", “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin, çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirildiyi qeyd edilib.

Trend-in məlumatına görə, bu barədə DSX-nin aparatında Azərbaycan Sərhəd Müha­fizə­si­nin 102-ci ildönümü münasibətilə keçirilən mərasimdə deyilib.

Tədbirdə Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, Vətən müharibəsinin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmələri, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düş­mənə sarsıdıcı zərbələr endirmələri, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızı sancmaları, Ermənistanla dövlət sərhə­dində strateji yüksəklikləri azad etmələri, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin azad olunmasında Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik nümu­nələri göstərmələri qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti