...

Erməni vəhşiliyini ifşa edən sənədli-bədii filmlərin çəkilməsi vacibdir - Naqif Həmzəyev

Gündəm Materials 1 Sentyabr 2021 14:36 (UTC +04:00)
Erməni vəhşiliyini ifşa edən sənədli-bədii filmlərin çəkilməsi vacibdir - Naqif Həmzəyev

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında "Erməni vandalizmi" adlı sənədli film hazırlanıb ki, filmdə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, hərbi cinayələr konkret faktlar əsasında öz əksini tapıb.

Maraqlıdır, bu cür filmlər ermənii yalanlarına qarşı mübarizədə effektiv mübarizə vasitəsi, ifşaedici silah hesab oluna bilərmi? Dünyanı erməni faşizminin mənfur siması ilə təkzibedilməz faktlar – foto-video materiallar vasitəsi ilə tanış etmək, Qarabağla bağlı əsl həqiqətlərin beynəlxalq aləm tərəfindən daha aydın dərk olunması baxımından nə dərəcədə önəmlidir?

Millət vəkili Naqif Həmzəyev bu kimi addımların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Reallıq bundadır ki, errmənilər hər zaman öz yalanlarını dünya birliyinə həqiqət kimi təqdim edib və onların bir qismini bu yalanlara inandıra bilib.

44 günlük Vətən müharibəsi və bu müharibədə Azərbaycanın əldə etdiyi tarixi zəfər erməni faşizminin əsl simasını bir daha üzə çıxardı. Işğaldakı torpqların azad edilməsindən sonra ortaya çıxan mənzərə göstərdi ki, ermənilər 30 ilə yaxın müdətdə bizim demək olar ki, bütün dini-tarixi abidələrimizə zərər verib, onları dağıdıb.

Həmin abidələrin mövcud vəziyyəti ilə bağlı Azərbaycan tərəfinin ortaya qoyduğu faktlar mahiyyət etibari ilə erməni yalanlarının, erməni vandalizminin ifşası deməkdir. Lakin bu da həqiqətdir ki, ermənilərin iki əsr ərzində səsləndirdiyi yalanları qısa zamanda ifşa etmək, dünyaya ermənilərin əsl üzünü tanıtmaq o qədər də asan deyil. Biz bunun üçün daha ciddi fəaliyyət ortaya qoymalı, öz qüvvələrimizi səfərbər etməliyik. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daim erməni vandalizminin ifşa edilməsi, ermənilər tərəfindən dağıdılan dini-tarixi abidələrimizlə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli addımlar atıb, mühüm işlər görüb.

Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımın beynəlxalq aləmdə tanınması istqiamətində ciddi addımlar atılıb. Xüsusilə, Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı həqiqətlərinin dünyaya çatdırılmasıdna mühüm rol oynadı. Artıq dünyada bir neçə dövlət Xocalı soyqırımını tanıyır. Lakin tək Xocalı faciəsinin tanıdılması ilə iş bitmir. Ermənilər 1905-ci ildən etibarən dəfələrlə Azərbaycan xalqına qarşı soyqırımları törədiblər. Onların hamısı ifşa edilməli, dünyaya çatdırılmalıdır.

Erməni vəhşiliyinin ifşa edilməsi üçün kitablar da, elmi məqalələr də vacibdir. Bunun üçün konfranslarda erməni vandalizminin ifşa edilməsi, beynəlxalq tribunalarda bu barədə mütəmadi şəkildə danışılması da lazımdır. Lakin erməni vandalizminin ifşası məqsədi ilə sənədli və bədii filmlərin çəkilməsi də çox vacibdir. Çünki təcrübə göstərir ki, dünyamızda insanlar vizual görüntülərə daha çox inanır, bu görüntülər onların şüurunda özünə daha dərindən yer edir. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Erməni vandalizmi” filmi də erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki bu filmdə erməni vəhşiliyi, erməni hərbi cinayətləri ilə qiymətli faktlar, təkzibedilməz dəlillər mövcuddur.

Hesab edirəm ki, bu cür filmlərin əcnəbidilli auditoriyalar üçün də hazırlanması zəruridir.

Bizim əlimizdə erməni vəhşiliyi, erməni cinayətləri ilə bağlı kifayət qədər faktlar var. Biz bu faktlardan istifadə edərək erməni xislətini ifşa etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti