...

COVID pasportu olmayanların idman zallarına buraxılmaması nəzarətdə saxlanılır - Nazirlik

Gündəm Materials 2 Sentyabr 2021 15:13 (UTC +04:00)
COVID pasportu olmayanların idman zallarına buraxılmaması nəzarətdə saxlanılır - Nazirlik

Bakı. Elçin Mehdiyev - Trend:

İdman zallarına giriş zamanı 18 yaşdan yuxarı idmançıların və məşqçi-müəllimlərin COVID-19 pasportları yoxlanılır, sənədi olmayanlar zallara buraxılmır. Nazirliyin yerli idarələri daim bu məsələni nəzarətdə saxlayırlar.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, mütəmadi olaraq zallarda dezinfeksiya işləri aparılır. İdman zallarının rəhbərlərinə bundan sonra da mövcud qaydalara ciddi riayət olunması tövsiyə edilib:

"Bütün şəhər və rayonlarda idman-sağlamlıq mərkəzlərinin, zalların fəaliyyəti diqqət mərkəzində saxlanılır.

İndiyədək heç bir zalda pozuntu qeydə alınmayıb. Bu da zal rəhbərlərinin və idmanla məşğul olanların Nazirlər Kabinetinin müvafiq qərarına məsuliyyətlə yanaşdığını göstərir".

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti