...

Orta məktəblərdə şagirdlərin maska taxması məcburi deyil - Nazirlik

Gündəm Materials 7 Sentyabr 2021 15:15 (UTC +04:00)
Orta məktəblərdə şagirdlərin maska taxması məcburi deyil - Nazirlik

Bakı. Samir Əli – Trend:

Uşaqların məktəblərdə maska taxması məcburi deyil, bu, valideynlərdən asılıdır.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O bildirib ki, bunun üçün orta məktəblərdə heç bir məcburiyyət yoxdur. Valideyn istəsə, uşaqları maska taxa bilər. Bununla bağlı orta məktəblərdə heç bir qayda yoxdur.

Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti