...

Azərbaycanda bir gündə 206 toy olub - RƏSMİ

Gündəm Materials 7 Sentyabr 2021 17:21 (UTC +04:00)
Azərbaycanda bir gündə 206 toy olub - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Azərbaycanda iyulun 1-dən bu günə - 68 gün ərzində 14 min nikah qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox olub.

2020-ci il iyul ayının 1-dən sentyabrın 7-dək Azərbaycanda cəmi 6 min 230 nikah bağlanıb.

Hesablamalara görə, bu il iyulun 1-dən bu günə qədər Azərbaycanda bir gündə 206 nikah mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti