...

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti kursu keçirilir (VİDEO)

Gündəm Materials 10 Sentyabr 2021 17:15 (UTC +04:00)
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti kursu keçirilir (VİDEO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin hərbi hissələrində zabit və gizir hazırlığı kursları ilə yanaşı, müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar üçün də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ildə bir neçə dəfə kurslar təşkil olunur.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində avqustun 9-dan başlanan növbəti müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçularının hazırlığı kursunda da kifayət qədər gənc hərbi ixtisaslara yiyələnir.

Peşəkar müəllim və komandir heyəti tərəfindən kursantlara yüksək hərbi bilik və bacarıqlar aşılanır.

Kurslarda iştirak edənlərin böyük əksəriyyəti Vətən müharibəsi iştirakçılarıdır.
Qeyd edək ki, kursu uğurla başa vuranlar 3 il müddətinə bağlaşma imzalayaraq ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti