Bakı. Trend:
"Messenger Telegram" daha əvvəl "Facebook" xidmətlərinin geniş miqyaslı nasazlıqlar fonunda 70 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçirib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə messencerin qurucusu Pavel Durov öz "Telegram" kanalında yazıb.
Durov yazır: "Telegram"ın gündəlik artım tempi ilə normanı aşıb və bir gündə 70 milyondan çox digər platforma müştərisini qəbul etdik".
Xatırladaq ki, oktyabrın 4-də bütün dünyada istifadəçilər "Facebook", "Instagram" və "WhatsApp"da genişmiqyaslı problemlərlə üzləşib.