...

Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Dövlət bayrağı endirilib (FOTO)

Gündəm Materials 11 Oktyabr 2021 11:26 (UTC +04:00)
Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Dövlət bayrağı endirilib (FOTO)

Bakı. Fərid Zöhrabov -Trend:

Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Dövlət bayrağı endirilib.

Gürcüstan Hökumətinin qərarına əsasən, 8 oktyabr 2021 -ci ildə Batumi şəhərində yaşayış binasının çökməsi və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar olaraq, 11 oktyabr 2021 -ci il Gürcüstanda matəm günü elan edilib.

Trend-in məlumatına görə, Oktyabrın 11 -də Gürcüstan səfirliyində matəm tədbiri keçirilib.

Gürcüstan səfiri Zurab Pataradze səfirliyin diplomatik korpusu adından həlak olanların ailələrinə başsağlığı verilib.

“Batumi şəhərində baş vermiş faciə bütün Gürcüstanı kədərləndirdi.

Ölənlərin, ölən uşaqların hər biri üçün kədərlənirik.

Onların ailələrinə başsağlığı verir və onlarla birlikdə dua edirik.

Gürcüstan üçün bu çox çətin günlərdə dərdimizi səmimi olaraq bölüşən və başsağlığı verən hər kəsə minnətdarıq.

Bu kədərimizi bizimlə bölüşdükləri və dəstək olduqları üçün Azərbaycan Respublikası Hökumətinə və sadə vətəndaşlara təşəkkür edirəm” - Gürcüstan səfiri bildirib.

Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti