Bakı. Humay Ağacanova -Trend:
Media haqqında yeni qanun layihəsi artıq yekunlaşmaq üzrədir.
Trend-in məlumatına görə, bunu Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, hazırlanan yeni qanun layihəsi aidiyyəti üzrə təqdim ediləcək.
Ə.İsmayılov, həmçinin bildirib ki, Azərbaycanın tarixi zəfəri regionda yeni reallıq yaradıb: "Yaranan yeni reallığın dünya ictimaiyyətinə çatdırılması medianın üzərinə düşür"