Bakı. Trend:
Azərbaycanın postmüharibə dövründə xoşməramlı addımlarına baxmayaraq, son günlər siyasi, iqtisadi böhran məngənəsində boğulan Ermənistan siyasi dairələrində azərbaycanofobiya güclənib, eyni zamanda, revanşist hislər geniş yayılıb.
Əslində, erməni siyasətçilər yaxşı başa düşürlər ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin bu həddə çatmasında məhz bu ölkədə mövcud olan azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Deməli, erməni cəmiyyəti üçün indi ən prioritet məsələ milli ideologiyaya və fəlsəfi baxışa göz gəzdirmək olmalıdır.
Trend-in məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Erməni təxribatları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – tarixçi Namiq Həsənov, hərbi ekspert Elmar Hüseyn, siyasi şərhçilər Elşən Məcidov və Elxan Şahinoğlu mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: