...

Kəlbəcərdə yol çəkilişi zamanı qəza olub: Bir nəfər ölüb

Gündəm Materials 19 Oktyabr 2021 12:02 (UTC +04:00)
Kəlbəcərdə yol çəkilişi zamanı qəza olub: Bir nəfər ölüb

Bakı. Samir Əli -Trend:

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti