...

İordaniyada Zəfər Gününə həsr edilən rəsmi qəbul təşkil edilib (FOTO)

Gündəm Materials 9 Noyabr 2021 09:31 (UTC +04:00)
İordaniyada Zəfər Gününə həsr edilən rəsmi qəbul təşkil edilib (FOTO)

Bakı. Trend:

Cari ilin 8 noyabr tarixində paytaxt Əmmanda yerləşən “La Royal” mehmanxanasının tədbirlər zalına Zəfər Gününə həsr edilən rəsmi qəbul təşkil edilib.

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı Səfirliyindən Trend-ə bildirilib ki, Türkiyə, Pakistan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Rusiya, Macarıstan, Qətər, Malaysiya və Bruney Krallıqda akkreditə olunmuş diplomatik missiya rəhbərləri və diplomatlarının, eləcə də ölkədə geniş nüfuz sahibi olan, sabiq Baş nazir Əbdülrauf ər-Ravabidehin, Nümayəndələr Palatasında Asiya və Okeaniya ölkələri ilə Dostluq assosiasiyasının rəhbəri və üzvlərinin, Palatanın Xarici Əlaqələr Komitəsinin sədri və üzvlərinin, Senatın üzvlərinin, İordaniya İş Adamları Assosiasiyasının sədri və üzvlərinin, eləcə də “Petra” Dövlət İnformasiya Agentliyinin, “əl-Ğad” və “əl-Ənbat” rəsmi qəzetlərinin, elektron xəbər resurslarının jurnalistlərinin, o cümlədən Azərbaycan diasporunun nümayəndələrinin qatıldıqları ziyafət İordaniya və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Ardınca çıxış edən səfir E.Səlimov artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə, nəticələrinə yenidən nəzər salaraq, beynəlxalq ictimaiyyətin Azərbaycanın haqq işini müxtəlif sənədlərlə dəstəklədiyini, bu sənədlərin ən önəmlisinin isə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğunu xatırladıb.

Səfir işğalın aradan qaldırılması məqsədilə ATƏT-in Minsk Qrupunun himayəsi altında təxminən 30 il davam etmiş danışıqlarda işğalçı Ermənistanın hər zaman qeyri-konstruktivlik nümayiş etdirdiyini, təmas xəttində və dövlət sərhədlərində silahlı təxribatlardan, o cümlədən kəşfiyyat-diversiya fəaliyyətlərindən əl çəkmədiyini xüsusi qeyd edərək, işğalçı dövlətin 27 sentyabr 2020-ci il tarixində növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa əməl etməklə və işğal edilmiş ərazilərimizdə sırf hərbi təyinatlı obyekt və hədəfləri zərərsizləşdirmək barədə Ali Baş Komandanın Əmrini icra etməklə, əks-hücum əməliyyatına başladığını ziyafət iştirakçılarının yadına salıb, 44 gün davam etmiş Vətən Müharibəmizin Ermənistanın Kapitulyasiya Aktına imza atmaqla başa çatdığını qeyd edib. Beləlikə, Azərbaycanın beynəlxalq hüququn və ədalətin təntənəsini təmin etdiyi, qanunsuzluğu və beynəlxalq nizama təhdidi aradan qaldırdığı vurğulanıb.

Sonra postmüharibə dövrünə toxunan səfir E.Səlimov tarixi torpaqlarımızın azad edilməsinin regional sülh, təhlükəsizlik və əməkdaşlıq, bu xüsusda, Ermənistanın regional və subregional iqtisadi və nəqliyyat fəaliyyətləri üçün yaxşı imkanlar yaratdığını qabardıb, tolerant Azərbaycanın fərqli etnik və dini mənsubların bir ailə kimi yaşadıqları ölkə olduğunu, tolerantlıq dəyərlərinin əzəli daşıyıcısı olaraq, münaqişənin təsirinə məruz qalmış bütün vətəndaşlarının bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya edəcəyini qonaqların diqqətinə çatdırıb.

Səfir, həmçinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin davam etdirdiyi siyasi kursun mehriban qonşuluq, regional əməkdaşlıq formatlarının yaradılması kimi prinsiplər üzərində qurulduğunu əsas tutaraq, dövlətimizin Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu və bu istiqamətdə Ermənistan rəhbərliyinin siyasi iradəsinin əhəmiyyətini qeyd edib.

Yekunda Azərbaycan diplomatı azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, regional səviyyədə ilk dəfə olaraq, “smart cities”, “smart villages” konsepsiyalı layihələrin icra olunduğu barədə məlumat verib.

Ziyafət boyu Zəfər Gününə həsr olunan videoçarxlar nümayiş etdirili

Məqalədə:
Xəbər lenti

Xəbər lenti