...

İsmayıllıda qazın verilişi müvəqqəti dayandırılacaq

Gündəm Materials 22 Noyabr 2021 20:10 (UTC +04:00)
İsmayıllıda qazın verilişi müvəqqəti dayandırılacaq

Bakı. Çingiz Səfərli - Trend:

"Qazıməmməd-Qazax” yüksəktəzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 23.11.2021-ci il tarixində saat 09:00-dan etibarən işlər başa çatanadək İsmayıllı rayonunun tam olaraq (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun 5 kəndi, Göyçay rayonunun isə 7 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Birlik müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti