Bakı. Samir Əli - Trend:
Azərbaycanda 2018-ci illə müqayisədə ötən il QİÇS-dən ölənlərin sayı 2 dəfədən çox azalıb
Trend-in məlumatına görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Famil Məmmədov deyib.
O bildirib ki, aparılan müayinə və müalicələr nəticəsində bu xəstəliyə yoluxma və ölüm halları azalıb.
"Bu xəstəliyə yoluxma QİÇS-li xəstə ilə cinsi əlaqə zamanı, qandan keçməklə və anadan uşağa yoluxma ilə baş verir. Azərbaycanda daha çox narkotik istifadəçiləri arasında yoluxma hallarına rast gəlmək olur", - deyə o bildirib.