...

DGK TXİ-nin və MGX-nın rəis müavinləri ÜST-ün təlimində iştirak ediblər (FOTO)

Gündəm Materials 2 Dekabr 2021 15:30 (UTC +04:00)
DGK TXİ-nin və MGX-nın rəis müavinləri ÜST-ün təlimində iştirak ediblər (FOTO)

Bakı. Trend:

Xəstəxanalar, xüsusilə böhran vəziyyətində cəmiyyətə zəruri tibbi yardım göstərilməsində səhiyyə sistemində çox vacib rol oynayır. 2 dekabr 2021-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı Yeni Klinikada «Fövqəladə hallarda tibb müəssisələrinin hazırlıq səviyyəsinin artırılması» mövzusunda təlim və təcrübə mübadiləsi keçirtmişdir. Tədbirdə DGK TXİ rəis müavini İsmayıl Əfəndiyev və MGX-nın rəis müavini Rəna Qasımova iştirak etmişdir.

Tibb müəssisələrinin hazırlıq səviyyəsinin artırılması ilə bağlı Türkiyə Respublikası Səhiyyə Nazirliyi, Fövqəladə Hallar üzrə Tibbi Departamentin direktoru Dr. Həsən Odabaşıoğlu geniş məruzə ilə çıxış etmişdir. Təlimdə COVID-19 kontekstində xəstəxanalarda hazırlıq səviyyəsinin artırılması və bunun üçün ÜST-ün tədbirlər siyahısının istifadəsi mövzularını əhatə emişdir. Təlimin hədəf auditoriyası ölkənin aparıcı tibb müəssisələrinin, xüsusən COVID-19 xəstəxanalarının rəhbər vəzifəli şəxsləri olmuşdur.

Tədbirdə pandemiya dövründə tibb müəssisələrinin hazırlıq səviyyəsinin artırılması ilə bağlı gördüyü işlər, xəstəxanalarda fövqəladə hallara hazırlığın planlanması və bununla əlaqəli tədbirlər siyahısının hazırlanması, infeksiyaların profilaktikası və nəzarət və s. məsələlər müzakirə olunmuşdur. Təlimin sonunda tədbir iştirakçılar arasında təcrübə mübadiləsi aparılmışdır. DGK TXİ rəis müavini İsmayıl Əfəndiyev öz çıxışında bu tədbirin vacibliyi barəsində danışıb və yaxın gələcəkdə «Fövqəladə hallarda səhiyyə sisteminin idarəolunması» adlı ÜST-ün təlimin bərpasını təklif etmişdir. Həmin təklif ÜST-ün beynəlxalq ekspertlərinin və tədbir iştirakçılarının müsbət rəyini almışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti